Hande Yener Novruz bayramını Azərbaycanda keçirəcək
Türkiyəli məşhur pop ifaçı Hande Yener Novruz bayramında Azərbaycana gələcək.
Yenicag.az anspress-ə istinadən bildirir ki, ifaçının gəlişinin səbəbi konsert proqramıdır. Hande martın 21-i Şamaxıda otellərin birində möhtəşəm konsert proqramı ilə sevənlərinin qarşısında çıxış edəcək.
Türk sənətçinin konsert proqramının aparıcılığı Zaur Nəbioğluna həvalə edilib.
Türkiyədə pop musiqinin kraliçası adlandırılan Hande Yener Yeni il gecəsini də Azərbaycanda keçirmişdi. Bakının ən məşhur restoranlarının birində çıxış edən müğənni tamaşaçılar qarşısına şaxta baba geyiminə bənzəyən qırmızı ağ tüklü geyimdə və maskada çıxıb.
Xatırladaq ki, Hande Yener Azərbaycanda ilk konsertini 12 noyabr 2010-cu ildə Bakıda verib.