Əfqanıstanın paytaxtı Kabilin Beynəlxalq hava limanı raket hücumuna məruz qalıb.
Yenicag.az-ın məlumatına görə, hava limanına 10 raket zərbəsi endirilib.
Hava limanındakı insanlar təxliyyə edilib, bütün uçuşlar təxirə salınıb.
Ölən və yaralananlar barədə heç bir məlumat yoxdur.
Qeyd edək ki, bu gün Pentaqon rəhbəri Ceyms Mettis və NATO-nun baş katibi Yens Stoltenberq Əfqanıstanın paytaxtına elan olunmamış səfər ediblər.
Mettis və Stoltenberq səfər əsnasında ölkə rəhbərliyi ilə danışıqlar aparacaq, həmçinin Əfqanıstan Prezidenti Əşrəf Qəni ilə müştərək mətbuat konfransı keçirəcək.
www.yenicag.az