Hava şəraiti dəyişəcək

media-hightechnic-468x90

Buludlu_az_yagintili_hava_070712Sabah axşamdan Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişəcək, havanın temperaturu 10-12 dərəcə aşağı düşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev  açıqlamasında bildirib ki, oktyabrın 25-i axşamdan, 26-da isə gün ərzində Bakı və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə olunacaq. Oktyabrın 25-i gecəyə doğru və 26-da yağış yağacağı gözlənilir. Oktyabrın 25-dən 26-na keçən gecə küləyin sürətinin artacağı ehtimal edilir. Havanın temperaturu oktyabrın 26-da və 27-də gündüz saatlarında 8-12 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində isə oktyabrın 25-i günün ikinci yarısından şimal və qərb rayonlarından başlayaraq yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Aran rayonlarında havanın temperaturu 9-14 dərəcə, dağlıq ərazilərdə isə 1-6 dərəcə isti olacaq.

Bu gün ölkə ərazisində havanın temperaturunun 17-22 dərəcə isti olacağı gözlənilirsə, artıq oktyabrın 27-də temperatur 8-12 dərəcəyə düşəcək. Buna əsasən də havanın temperaturu bu günlərlə müqayisədə 10-12 dərəcə düşəcək.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti yaxın 3 gün ərzində – oktyabrın 25-i axşam, 26-sı və 27-də davam edəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600