Həbibin atasından oğlunun davasına REAKSİYA: "Sərt cəzalandıracağam"

media-hightechnic-468x90

Yüngül çəkidə Mütləq Döyüş Çempionatının (UFC) qalibi olan rusiyalı Həbib Nurməhəmmədovun məşqçisi və atası Əbdülmanap Nurməhəmmədov bildirib ki, Las-Veqasda keçirilən turnirdə irland Konor Makqreqorla döyüşdən sonra baş verən davaya görə oğlunu cəzalandırmaq niyyətindədir.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu böyük Nurməhəmmədov Birinci kanalın efirində deyib.

“Mən öz daha sərt sanksiyamı tətbiq etmək məcburiyyətindəyəm. UFC-nin qadağasından da sərt. Nizam-intizam, qayda-qanun olmalıdır. Rinqdə nə desən etmək olar. Lakin ondan kənarda adi insanlar, qadınlar, uşaqlar, kənar şəxslər var. Rinqdən kənarda hər şey sülh şəraitində olmalıdır”, – deyə idmançının atası bildirib.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05