Həbs olunan general müsadirə olunan malları bağ evində gizlədirmiş

media-hightechnic-468x90

Həbs olunan Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin sabiq rəisi Məsum Rəsulov barəsində maraqlı faktlar üzə çıxıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, M.Rəsulov gömrük baxışı zamanı müsadirə olunan müxtəlif növ malları məhv etmək adıyla Abşeron rayonunun Fatmayı kəndində olan 2 hektar ərazidə yerləşən 3 mərtəbəli villasının zirzəmisində saxlayırmış.

Daha sonra isə həmin mallar müxtəlif ticarət obyektlərinə verilərək satılırmış.

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi çərçivəsində iyulun 14-də Məsum Rəsulov saxlanılıb.

M.Rəsulovun külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.

Xatırladaq ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib./Oxu.az/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05