Həbsxanaya telefon keçirmək istədi

media-hightechnic-468x90

feodosiets-otnyal-telefon-u-rebenka_feodosiets-otnyal-telefon-u-rebenka-foto-iz-interneta_1_2012-10-25-09-48-35 (1)Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, orada saxlanılan, Cinayət Məcəlləsinin 126.3 maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Zaur Adil oğlu Abdullayevin yanına qısamüddətli görüşə gəlmiş anası İradə Böyükağa qızı Abdullayevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman əl çantasının içərisində gizlədilmiş, daxilində “Sim” danışıq kartı olan 1 ədəd mobil telefon aparatı aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş digər axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 221.3 və 228.1 maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Zaur Tapdıq oğlu Paşayevin yanına qısamüddətli görüşə gəlmiş anası Rahilə Əmikişi qızı Paşayevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman əl çantasının içərisində gizlədilmiş 1 ədəd telefon aparatı aşkar edilərək götürülüb.

Faktlar üzrə araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600