Həccə getmək istəyənlərin NƏZƏRİNƏ: Kvota yeri doldu

media-hightechnic-468x90

Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən ayrılmış kvota yeri dolub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

QMİ rəsmisi bildirib ki, Həcc üçün qurum 1150 kvota yeri ayırıb.

O qeyd edib ki, Həcc ziyarətinə yollanan azərbaycanlı zəvvarların ilk təyyarəsi mayın 17-də uçacaq. İlk zəvvar qrupu 180 nəfərdən ibarət olacaq.

Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05