!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həkim doğuş zamanı selfi çəkdi – FOTO

!Reklam – Yazi

237193Moldovanın Səhiyyə Nazirliyində yeni qalmaqal yaşanır. Ölkənin şimal-şərqində yerləşən Floreşt şəhərindəki xəstəxananın baş həkimi Sergey Sokirke doğuş zamanı selfi fotolarını çəkərək Facebook-dakı profilində paylaşıb.

Cərrahiyyə otağında mobil telefonla fotolarını çəkən həkim kameraya baxaraq gülümsəyəndə arxa planda, cərrahiyyə masasının üzərində yeni doğmuş qadın vardı. Qadın huşsuz vəziyyətdə idi.

“Gecə növbəsində işləyənlərin hamısına salamlar! Balaca insan bu dünyaya böyük ümidlərlə gəldi”, – Sergey Sokirke yazmışdı.

Fotolar Facebook-da yayılandan sonra S.Sokirke həmin şəkilləri pozub, amma qalmaqal artıq başlanmışdı.

Moldova Səhiyyə Nazirliyindən verilən məlumata görə, baş həkim vəzifəsindən azad olunub və onun barəsində xidməti araşdırma başlanıb.

Səhiyyə naziri Ruksanda Qlavanın dediyinə görə, rayon xəstəxanasının baş həkiminin davranışı “yolverilməz, məsuliyyətsiz və biabırçı”dır.(milli)

www.yenicag.az

720
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv