!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Həmin o çiçək ürəyimizdə tikana dönüb xəbərimiz olmayıb” – İsmayıl Bakuvi yazır...

!Reklam – Yazi

Ana ürəyi, dağ çiçəyi…

Deyəsən, həmin o çiçək ürəyimizdə tikana dönüb xəbərimiz olmayıb.

Bizi dünyaya gətirən, ta körpəlikdən etibarən bizi boya-başa çatdıran anaların həyatımızda, gələcəkdə cəmiyyətdə xeyirli bir şəxsiyyət olaraq yetişməyimizdə müstəsna rolu var.

Dünyaya gəlməyimizdə böyük əziyyətləri olan analarımızın haqqını nə qədər etsək də, ödəyə bilmərik.

Bundan əlavə, kinolarda ana obrazının həmişə xüsusi çəkisi-ağırlığı olub. Elə götürək “Ögey ana” filmindəki İsmayıla ən azı öz övladı qədər dəyər verən Dilarəni.

Düzdür, İsmayıl onun ögey oğlu idi, amma Dilarə ona öz balası kimi yanaşır, onu öz qızından demək olar ki, ayırmır, ona qayğı ilə yanaşırdı. Bunun kimi cəmiyyətdə hələ bir çox ana obrazını göstərmək olar.

Lakin indi sosial şəbəkə hesabında öz övladını satmaq üçün videopaylaşım edən, 4 uşağını ataraq başqası ilə qoşulub qaçan, başı sosial şəbəkələrə qarışaraq ehtiyatsızlıqdan övladını elektrik vuran yaxud yüksəkdən yıxılaraq ölən belə anaları görəndə bu ada necə xələl gəldiyini bir daha şahidi oluruq. Çox uzağa getmirəm, hələ bir neçə il bundan öncə təzəcə doğulmuş körpəsini zibil yeşiyinə atan analar da var idi.

Lakin elə qadınlar var ki, illərdir övladı olmur, körpə üzünə həsrətdir.

Övlad yanğısı ilə heç olmaya bir uşağının olması üçün Allaha gecə-gündüz yalvarır, sədəqələr verir, nəzirlər paylayır.

Heç olmazsa, bir övladının dünyaya gəlməsi üçün əlində olan bütün var-dövləti verməyə hazırdır.

Şükür Allahın məsləhətinə!

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

240
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv