Həmyerlimiz mer seçildi - Marneulidə seçki nəticəsi

media-hightechnic-468x90

Gürcü Arzusu partiyasının namizədi olan Zaur Darğallı səslərin 78,6%-ni əldə edərək Marneulinin icra başçısı seçilib. 

Yenicag.az xəbər verir ki, Gürcüstan Parlamentinin Gürcü Arzusu partiyasından olan üzvü İrakli Sesiaşvili bildirib:

“Gürcü Arzusu partiyasının namizədi Zaur Darğallı bugünkü səsvermənin qalibidir. Sabahdan Zaur Darğallını ağır iş yükü gözləəyir”.

Müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Aqil Mustafayev 11,49%, müxalif “Avropalı Gürcüstan” partiyasının namizədi Əhməd İmamquliyev 7,54%, müstəqil namizəd Əli Bədirov isə 1,21% səs toplayıb.

Qeyd edək ki, ötən gün Marneulidə keçirilmiş seçkilərdə rayon rəhbəri vəzifəsi uğrunda 15 namizəd mübarizə aparıb. Rayonda seçici fəallığı 35,82% təşkil edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600