Heqset: "Çərşənbə axşamı ABŞ-nin İrana zərbələrində "ən şiddətli" gün olacaq"
ABŞ müharibə naziri Pit Heqset çərşənbə axşamının müharibənin başlanğıcından bəri Amerikanın İrana qarşı “ən şiddətli hücum günü” olacağına söz verib.
Yenicag.az “New York Times”a istinadən xəbər verir ki, Heqset bu barədə Pentaqonda keçirilən mətbuat konfransında çıxışında bildirib.
O, çərşənbə axşamı günü çox sayda qırıcı və bombardmançı təyyarənin cəlb ediləcəyini və müharibəni aparmaq üçün cənab Trampa “maksimum seçimlər” təqdim edildiyini bildirib.












