Hər dəfə içəndə 102-yə zəng edən Daşkəsən sakini həbs olundu

media-hightechnic-468x90

Daşkəsən rayon sakini, hər dəfə içki qəbul etdikdən sonra Daxili İşlər Nazirliyinin “102” və Təcili Tibbi Yardımın “103” xidmətlərinə əsassız zənglər edən şəxs həbs olunub.

Yenicag.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, 1997-ci il təvəllüdlü, Daşkəsən rayonunun Xoşbulaq kənd sakini Məcid Cəfərov (şərti ad) sərxoş vəziyyətdə təkrar-təkrar qeyd olunan xidmətlərə zənglər edərək onların normal fəaliyyətinə maneə yaradıb.

Məlum olub ki, Məcid Cəfərov əmək qabiliyyətli olmasına baxmayaraq heç bir işlə məşğul olmur, anasının qazancı hesabına yaşayır. O, hərbi hissələrin birində gündəlik 8 manata qabyuyan işləyən anasının qazancının 7 manatını alaraq spirtli içkiyə xərcləyib. Sonuncu dəfə də həmin pulla 700 qramlıq araq alıb, təkbaşına içdikdən sonra “102” və “103” xidmətlərinə zəng edərək, əgər evinə tibbi yardım gəlməzsə, adam öldürəcəyini deyib.

Bundan sonra saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisə tabe olmamaq) maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Məcid Cəfərov 8 gün müddətinə inzibati qaydada həbs olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600