Hərbçilərimiz güclərini belə sınadılar-Foto

media-hightechnic-468x90

img1780410Əlahiddə Ümumqoşun Ordusu üzrə hərbi qulluqçular arasında növbəti idman yarışı keçirilib. Bu dəfə hərbçilərimiz 3 km məsafəyə hərbiləşdirilmiş kross birinciliyində özlərini sınayıblar.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, əvvəlcə hərbi qulluqçuların birinciliyə hazırlığı barədə məruzə edilib. Sonra Əlahiddə Ümumqoşun Ordusunun Fiziki Hazırlıq və İdman rəisi zabit Vahid Məmmədov birinciliyin məqsəd və şərtlərini şəxsi heyətin nəzərinə çatdıraraq iştirakçılara uğurlar arzulayıb.

14 komandanın iştirakı ilə keçirilən birincilikdə qalib komandalar müəyyən edildikdən sonra fərdi hesabda 1-ci yerə əsgər Anar Abbasov, 2-ci yerə gizir Pərviz Əliyev və 3-cü yerə əsgər Cümşüd Əliyev layiq görülüblər.

Qaliblər Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən “Fəxri fərman” və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600