Hərbçilərimiz qəzada həlak oldular

media-hightechnic-468x90

SPF7Y5XBaş Dövlət Yol Polisi İdarəsindən  bildirilib ki, 1987-ci il təvəllüdlü İntiqam Cəmşid oğlu Mehrəliyevin idarə etdiyi “İveco” markalı yük avtomobili ilə 1980-ci il təvəllüdlü Rahat Əmənulla oğlu Muradovun idarə etdiyi “Tofaş” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində R. Muradov və sərnişini, 1985-ci il təvəllüdlü Emil Tahir oğlu Əsgərov hadisə yerində ölüblər. Daha dəqiq desək, hadisə yerinə cəlb olunan FHN-in müvafiq xilasetmə qüvvələri qəza baş verən ərazidə əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, minik avtomobilinin sürücüsü və sərnişini hadisə yerində ölüb və avtomobildə sıxılmış vəziyyətdə qalıblar. Xilasedicilər deformasiyaya uğramış avtomobildən meyitləri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Elə dünən axşam moderator.az-a bəlli olub ki, qəzada həlak olanlar hərbçilərdir. Rahat Muradov gizir, həm də tağım komandiridir, Emil Əsgərov isə kapitan və bölük komandiridir. Hər ikisi Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qulluq edirmiş.

Virtualaz.org Müdafiə Nazirliyi ilə əlaqə saxlayaraq xəbərdə deyilənləri dəqiqləşdirmək istəyib. Amma qurumun mətbuat xidmətindən zənglərimizə cavab verən olmayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600