Hərbi təmasları bərpa etdilər
ABŞ Prezidenti Donald Tramp və Çin sədri Si Cinpin arasında Cənubi Koreyada keçirilən görüşdən sonra iki ölkə hərbi əlaqələri bərpa edib.
Yenicag.az xəbər verir ki, Pentaqonun katibi Pit Heqset bu barədə “X” sosial media platformasında məlumat verib.
Heqset qeyd edib ki, Çinin müdafiə naziri admiral Donq Jun ilə danışıqlar müsbət atmosferdə keçib və tərəflər münaqişələrin qarşısının alınması və yaranan problemlərin azaldılması üçün kommunikasiya kanallarının yaradılması barədə razılığa gəliblər.
“Admiral və mən razılaşırıq ki, sülh, sabitlik və yaxşı münasibətlər iki böyük və güclü ölkəmiz üçün ən yaxşı yoldur”, – Pentaqon rəhbəri vurğulayıb.












