!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hərbi xidmətə çağırılan gənclərdən cəmiyyətə MÜRACİƏT

!Reklam – Yazi

Prezident İlham Əliyevin avqustun 26-da imzaladığı sərəncama əsasən, çağırışçıların müəyyən edilmiş plan əsasında xidmət yerlərinə göndərilməsi davam etdirilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Yenicag.az-a verilən məlumata görə, qrafikə uyğun olaraq, Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində çağırışçılar təyin olunduqları qoşun növləri üzrə xidmət edəcəkləri hərbi hissələrə yola salınırlar.

Gənclər müzəffər Ordumuzun sıralarında xidmətə yola düşmələrindən şərəf duyduqlarını, hərbi xidmət dövründə nizam-intizamlı və ayıq-sayıq olacaqlarını, hərbi texnikanın sirlərinə mükəmməl yiyələnəcəklərini, Azərbaycan əsgəri adını uca tutacaqlarını qürurla ifadə edirlər.

Sumqayıt şəhərindən, Bakının Binəqədi və Nizami rayonlarından olan çağırışçılar cəmiyyətə müraciət edərək respublikamızda koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması üçün xüsusi karantin rejiminin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə və TƏBİB-in müvafiq təlimatlarına riayət edilməsinin vacibliyini bildiriblər. Onlar vətəndaşları arxa cəbhədə pandemiya dövrünün tələblərinə uyğun olaraq COVID-19-a qarşı aparılan mübarizədə aktiv iştirak etməyə çağırıblar. Vurğulayıblar ki, “bu gün Ermənistanın işğalına son qoymaq üçün şanlı Azərbaycan ordusu cəbhədə zəfərlər qazanır. Biz cəmiyyət olaraq həmrəylik nümayiş etdirib, gözəgörünməz düşmən olan koronavirusla mübarizədən də qalib çıxmalıyıq.”

Qeyd edək ki, oktyabr ayı ərzində xidmətə yollanan gənc əsgərlər cəbhəyə deyil, müvafiq qoşun növlərinin hərbi hissələrinə – təlim mərkəzlərinə göndərilir və qarşıdakı 3 ay müddətində orada təlimlər keçərək hərbin sirlərini öyrənəcək və sonra xidmətlərini təyin

www.yenicag.az

556
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv