Hərbiçilərə “TİkTok” tətbiqindən istifadə qadağan edildi

Amerikalı hərbçilərə “TikTok” sosial şəbəkə tətbiqindən istifadə qadağan edilib.

Yenicag.az “Military.com” portalına istinadən xəbər verir ki, ABŞ hakimiyyəti “TikTok” tətbiqinin istifadəçilərin məlumatlarının oğurlanması üçün istifadə edilməsindən şübhələnir.

ABŞ ordusunun nümayəndəsi Robin Oçao “TikTok” tətbiqini təhlükəsiz saymadıqlarını, buna görə də hərbçilərin xidməti telefonlarında “TikTok”dan istifadəyə icazə verilmədiyini bildirib. Bu barədə qərar ABŞ Müdafiə Nazirliyinin dekabrın 16-da bu sosial şəbəkə barədə xəbərdarlığından sonra qəbul edilib. R. Oçoa deyib ki, hərbçilər şəxsi mobil telefonlarında “TikTok”dan istifadə edə bilərlər.