Hesablama Palatası ötən ilin maliyyə hesabatını açıqladı

media-hightechnic-468x90

Hesablama Palatası 2024-cü ili 448 min manat mənfəətlə başa vurub. Halbuki, Palata 2023-cü ildən 47 min manat zərərlə çıxmışdı.

Yenicag.az xəbər verir ki, ötən il Hesablama Palatasının gəlirləri 9,991 milyon manat (əvvəlki ilə nisbətən 14,1 % çox), xərcləri isə 9,543 milyon manat (8,4 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə Hesablama Palatasının aktivləri 6,217 milyon manat olub ki, bu da illik müqayisədə 7,7 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 19,4 % azalaraq 24 min manata düşüb, xalis aktivləri (balans kapitalı) isə 7,8 % artaraq 6,193 milyon manata çatıb.

Hesablama Palatasını Milli Məclis ölkə Konstitusiyasının 92-ci maddəsinə uyğun olaraq yaradıb. Palata 2001-ci ildən fəaliyyətə başlayıb. Qurum parlamentə hesabat verən, təşkilati və funksional müstəqilliyə malik olan dövlət büdcə-maliyyə nəzarəti orqanıdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600