Həyat yoldaşından ayrılan Ebru Şallının möhtəşəm evi
On illik həyat yoldaşı Harun Tandan ayrılan Türkiyə gözəli, model Ebru Şallı evinin qapılarını “Instyle Home” jurnalına açıb.
Televiziyada hazırladığı qadın proqramları ilə məşhurluq qazanan Ebru ərindən ayrıldıqdan sonra uşaqları ilə birlikdə rahat yaşamaq üçün təzə ev alıb. Mənzilə köçər-köçməz ilk işi çoxdan arzuladığı pilates otağını qurmaq olub. 250 kvadrat metrlik ikimərtəbəli evin birinci mərtəbəsində içində hamam və geyinmə otağı olan yataq otağı, pilates zalı və ayrıca hamam var. İkinci mərtəbədə isə qapıları bağçaya açılan salon, mətbəx, iki qonaq otağı və qonaqlar üçün ayaqyolu yerləşir.
Ebru Şallı yeni evinin dizaynını özü hazırlayıb:
“Müxtəlif formalı masalar hazaırlamağı çox sevirəm. Buna görə evim süfrələr, salfet, çəngəl-bıçaq, qazan dəstləri ilə doludu” deyən Ebru Şallı hesab edir ki, insan həm evdə, həm də bayırda sevdikləri ilə xoşbəxt olmalı, bütün gözəllikləri paylaşmağı bacarmalıdır(axşam.az).