Həyat yoldaşını qətlə yetirən kişi danışdı
Bakıda Qurban bayramı günü ailə münaqişəsi zəminində baş vermiş qətlin təfərrüatı məlum olub.
Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, 35 yaşlı kişi özündən 14 yaş kiçik olan həyat yoldaşını azyaşlı övladlarının gözü qarşısında amansızlıqla öldürüb. O, dərhal evdən çıxaraq uzaqlaşıb.
Polis tərəfindən saxlanılan Rabil Abbasov həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirdiyini bildirib. Onun sözlərinə görə, həyat yoldaşının mobil telefonuna yad kişidən mesaj gəlib.
R.Abbasov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əvvəllər məhkum olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.