Naxçıvan Muxtar Respublikasında keçirilən III Heydər Əliyev Kubokuna yekun vurulub.
Yenicag.az xəbər verir ki, 12 iyunda başlanıb 15 iyun Qurtuluş günündə başa çatan yarışın qalibi “Şüvəlan” olub.
Ötən mövsümdə I Divizionun bürünc medallarını əldə edən “Şüvəlan” Heydər Əliyev Kubokunda bütün rəqiblərindən çox, 7 xal qazanıb. Bununla da gənc Aqil Nəbiyevin komandası turnirin qızıl medallarına və kubokuna sahib çıxıb.
Yarışda 2-ci yeri yerli “Araz Naxçıvan” tutub. Bürünc medallara isə “Zaqatala” yiyələnib.
Ötənilki qalib MOİK klubu isə bu dəfə mükafatsız qalıb.
Turnirin son günündə keçirilən oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:
“Zaqatala” – “Şüvəlan” 2:2
Qollar: Nicat Muxtarov, 29. Sərxan Abdullayev, 60 – Rəhman Musayev, 34; 74-pen.
“Araz Naxçıvan” – MOİK 2:2
Qollar: Nuran Qurbanov, 40. İlqar Ələkbərov, 70 – Əli Banişevski, 7. Fərmayıl Əliyev, 48.
www.yenicag.az