“Bakıdan regionlara gediş-gəlişin bərpa olunması ilə bağlı müzakirələr davam etdirilir”.
Yenicag.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.
Hikmət Hacıyev bildirib ki, yoluxanlar və sağalanlar arasında müşahidə olunan müsbət dinamika vətəndaşların tətbiq olunan karantin qaydalarına riayət etməsinin nəticəsidir:
“Hər bir vətəndaşa təşəkkür edirik. Bundan sonra da qaydalara riayət etmək lazımdır. Dünya ölkələrinin təcrübəsi göstərir ki, virus bizimlə yaşayır. Cənub-Şərqi Asiya ölkələrində artıq virusun ikinci, hətta üçüncü dalğası da alovlanmaqdadır. Avropa ölkələri arasında da sərhədlərin bağlanması xəbərləri gəlməkdədir”.
Hikmət Hacıyev onu da qeyd edib ki, ölkəmizdə Bakıdan regionlara gediş-gəlişin bərpa olunması ilə bağlı müzakirələr aparılır:
“Hazırda yoluxma halları daha çox paytaxt Bakıda müşahidə olunur. Bu bazımdan hələlik regionlara gediş-gəlişlə bağlı tətbiq olunan məhdudiyyət qüvvədədir. Lakin buna baxmayaraq, gediş-gəlişin bərpası üzrə müzakirələr aparılır”.
Gülşən Şərif
www.yenicag.az