Hindistan və Pakistan arasındakı müharibə: ABŞ və Çin müdaxiləsi necə olacaq?

media-hightechnic-468x90

“Yeni dünya nizamında müharibələr əbədi ola bilməz”

Bunu Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

media-thumb-1

O, dünyada gərginliyin pik həddə olduğu bir vaxtda Hindistan və Pakistan arasında yaranan hərbi münaqişənin geosiyasi proseslərə təsirindən danışıb. Politoloq bildirib ki, bu, genişmiqyaslı müharibə olmasa da, hər halda beynəlxalq siyasətə təsir edəcək bir durumdur.

“Lokal müharibədən o tərəf keçiləcəyi düşünülmür. Çünki ən azından tərəflərin əlində olan nüvə silahı hər ikisini çəkindirici mövqeyə gətirib. Amma hər bir halda düşünürəm ki, kənar güclərin təsiri olacaq. Ən başda da Çin və ABŞ. Hazırda müharibənin qarşısının alınması üçün müəyyən addımlar atılır. Çox güman ki, vasitəçilik etmək istəyən ölkələr də tapılacaq. Yeni dünya nizamında müharibələr əbədi ola bilməz. Kəşmir məsələsi hansısa formada öz həllini tapmalıdır. Yaxın vaxtda olmasa da, nə zamansa həlli üçün bütün imkanlar səfərbər olunacaq. Bu amillər fonunda gələcək böyük perspektivlər vəd edir. Həmin imkanları dəyərləndirmək mümkün olacaq”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600