HÖKUMƏTLƏRARASI KOMİSSİYA: Qazaxıstanla əməkdaşlıq Azərbaycanda hansı yeni layihələrə qapı açır?

media-hightechnic-468x90

“Azərbaycan və Qazaxıstan arasında iqtisadi və ticarət əlaqələri getdikcə inkişaf edir.”

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib.

Politoloq Azərbaycanla Qazaxıstan arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 21-ci iclasının nəticələrini və əldə edilən razılaşmaları şərh edib.

media-elsad_mirbesiroglu

Elşad Mirbəşiroğlu qeyd edib ki, Azərbaycanla Qazaxıstan arasında hərtərəfli təmaslar və siyasi münasibətlər kifayət qədər dinamik inkişaf edir. O, hər iki ölkənin çoxşaxəli ticarət və iqtisadi əlaqələr qurmaq niyyətində olduğunu vurğulayıb:

“Bildiyimiz kimi Azərbaycanla Qazaxıstan arasında hərtərəfli təmaslar, siyasi münasibətlər kifayət qədər dinamik inkişaf etməkdədir. Müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi bir daha nümayiş etdirir ki, həm Azərbaycanın, həm də Qazaxıstanın çoxşaxəli ticarət, iqtisadi əlaqələr qurmaq və inkişaf etdirmək niyyətləri mövcuddur. “Ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə hökümətlərarası komissiya”-nın 21-ci iclasının baş tutması və bu iclas çərçivəsində vacib sahələr üzrə əməkdaşlıq imkanlarının müzakirə olunması dediklərimizi bir daha nümayiş etdirir. Azərbaycan tərəfindən energetika naziri, Qazaxıstan tərəfindən isə nəqliyyat nazirinin iştirakı ilə baş tutan hökümətlərarası komissiyanın iclasında yaşıl enerji, atom enerjisi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub.”

E. Mirbəşiroğlu iclasda diqqəti cəlb edən məqamın atom enerjisindən dinc vasitələrlə istifadə sahəsində birgə əməkdaşlığın müzakirə olunması olduğunu vurğulayıb:

“Bu iclasda diqqəti cəlb edən məqam ondan ibarətdir ki, atom enerjisindən də dinc vasitələrlə istifadə sahəsində birgə əməkdaşlığın müzakirə olunması bir daha nümayiş etdirir ki, Azərbaycanla Qazaxıstan arasında iqtisadi əlaqələr kifayət qədər sürətlə inkişaf edir və ən müxtəlif sahələri əhatə edir.”

Politoloq Azərbaycanla Qazaxıstan arasında uzun illərə dayanan birgə fəaliyyətin olmasına diqqət çəkib:

“Qeyd edim ki, Azərbaycan yaşıl energetika sahəsini xüsusi diqqət mərkəzində saxlamaqdadır. Bildiyimiz kimi artıq ölkəmizdə xarici şirkətlərin də iştirakı ilə bu istiqamətdə müəyyən layihələr həyata keçirilib. Sadəcə olaraq xatırlatmaq yerinə düşərdi ki, 2024-cü ilin noyabr ayında Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri yaşıl enerji sahəsində əməkdaşlıqla bağlı razılaşma da imzalayıblar. Azərbaycanın bu gün iştirakçısı olduğu mühüm əməkdaşlığ istiqamətlərindən biri də yaşıl energetika sahəsidir. Qazaxıstanla da bu istiqamətdə əməkdaşlığın qurulması sözsüz ki, Azərbaycanda bu sahənin dinamik inkişafına töhfə verəcək. Bu Qazaxıstanın iqtisadiyyatının perspektivli sahəsi kimi inkişaf edəcək. Bu baxımıdan hesab edirəm ki, bu gün birgə hökümətlərarası komissiyanın iclasından da çıxardığımız nəticə ondan ibarətdir ki, Azərbaycanla Qazaxıstan hər iki tərəfin iqtisadi və ticarət maraqlarına cavab verən çox uğurlu əməkdaşlıq sistemi qurulub və bu sistem getdikcə daha effektiv fəaliyyət göstərməkdədir.”

 

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa