Hörmüz boğazının blokadaya alınması gözləntisi fonunda NEFT BAHALAŞIR

media-hightechnic-468x90

ABŞ Hərbi-Dəniz Qüvvələrinin Hörmüz boğazını blokadaya almağa hazırlaşması fonunda neftin qiymətləri 7 %-dən çox artaraq bir barel üçün 100 ABŞ dollarını ötüb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Report bu barədə “Dawn” agentliyinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu addım rəsmi Vaşinqton və Tehranın münaqişənin dayandırılması ilə bağlı razılığa gələ bilməməsi ilə əlaqədar İran neftinin ixracını məhdudlaşdıra bilər.

“Brent” markalı neftin bir barelinin qiyməti 6,96 ABŞ dolları (7,3 %) artaraq 102,16 ABŞ dollarına yüksəlib. Aprelin 10-da isə 0,75 % ucuzlaşma qeydə alınmışdı.

ABŞ-nin “WTI” markalı neftinin bir bareli əvvəlki sessiyadakı 1,33 % ucuzlaşmadan sonra 8,12 ABŞ dolları (8,4 %) bahalaşaraq 104,69 ABŞ dollarına yüksəlib.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05