“Hörümçək toru” müharibəni DAYANDIRMADI

media-hightechnic-468x90

“Bu il müharibənin bitməsi gözlənilmir”.

Bu sözləri Ukraynanın Rusiya daxilində keçirdiyi “Hörümçək toru” əməliyyatı və bunun müharibənin gedişinə təsirini Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

O, bildirib ki, “Hörümçək toru” müharibənin gedişinə təsir etməyəcək:

“Ukraynanın həyata keçirdiyi “Hörümçək toru” əməliyyatı Rusiya hüquq mühafizə orqanlarının zəifliyini göstərdi. Faktiki Ukrayna Rusiyanın daxilində əməliyyat keçirdi. Bu Rusiyanın nüfuzuna ağır zərbədir. Ukrayna Rusiyanın strateji bombardmançı təyyarələrinin bir hissəsini sıradan çıxardı. Hansı ki, hazırda o təyyarələr istehsal olunmur. 42 təyyarənin məhv edilməsi Rusiya üçün sarsıdıcıdır”.

“Putin öz ambisiyasından əl çəkməyəcək. O heç bir danışıqlara getməyəcək. Qərb ölkələri Rusiyanın zəiflədilməsini istəyir. Güman edirəm ki, bu əməliyyatı Ukrayna kəşfiyyatı tək başına keçirməyib. Düzdür, Zelenski əməliyyatı öz üzərinə götürür. Ancaq bu əməliyyatda Qərbin, ABŞ-nin əməyi nəticəsində əməliyyat keçirilib. Bu gün Rusiya daxilində də müəyyən proseslər gedir. Putin hakimiyyətinə qarşı müəyyən addımlar atılır. Tatarıstanda ana dilində məktəbləri ləğv ediblər. Onlar yalnız həftədə 4 dəfə öz dillərində dərs ala bilərlər. Bu özü də təxribat kimidir. Bunda da Qərbin, ABŞ-nin əli ola bilər. Rusiya daxilində milli münaqişə alovlandırmaq istəyirlər”, – deyə o, əlavə edib.

“Rusiya bu cür zərbələrlə nə qədər zəifləsə də, onun kifayət qədər gücü var. Rusiya bu əməliyyatı cavabsız qalmayacaq. Ukrayna da etiraf edir ki, buna hazırlaşırlar. Bu ilin sonunda qədər müharibənin bitmə ehtimalı yoxdur. Rusiya da hərbi sənayesini inkişaf etdirir. Bu il Rusiyanın istehsal gücü 7 faiz artırıb. Bu, ciddi bir rəqəmdir. Bundan əlavə, Rusiya muzdluları cəlb edir. Müharibənin qısa zamanda bitməsi gözlənilmir, əskinə müharibə bir qədər də uzanacaq”, – deyə o, fikirlərini tamamlayıb.

Səxavət Məmməd

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600