Hövsan Dəniz Limanında faciə - Fəhlə konteynerin arasında qalıb öldü

media-hightechnic-468x90

Bakıda dəniz limanında ölüm hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə Hövsan Dəniz Limanında baş verib.

“Hestinq-İnterprayz Corporation” şirkətin Azərbaycanda fəaliyyət göstərən nümayəndələri tərəfindən Gürcüstandan Qazaxıstana dondurulmuş toyuq budları göndərərkən Hövsan Dəniz Limanında konteynerlərin kranla gəmiyə yüklənməsi zamanı orada fəhlə işləyən, 1988-ci il təvəllüdlü Bünyadov Ədalət Məhəmmədfüzuli iki konteynerin arasında sıxılmış vəziyyətdə qalıb.

Ə. Bünyadov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsini qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb./Trend/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600