!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

HTŞ lideri MESAJI VERDİ – Suriyada şəriət dövləti qurulur?

!Reklam – Yazi

“27 noyabrda HTŞ (Heyət Təhrir əş-Şam) təşkilatı qüvvələri ilə birlikdə əks-hücum həyata keçirərək əvvəlcə Hələbi, sonra isə Şamı ələ keçirdi və Əsəd qaçmağa məcbur oldu. Əsədin müttəfiqləri İran və Rusiya bu müddət ərzində ona dəstək verməyə çalışsalar da, onlar da Suriyadan çəkilmək məcburiyyətində qaldılar. İranın xarici işlər naziri Abbas Araqçi isə Hələb itirildikdən sonra Türkiyəyə etdiyi səfərdə bu hərəkətin arxasında ABŞ, İsrail və sionistlərin olduğunu bildirmiş və dolaylı yolla Türkiyəni ittiham etmişdi”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.

Analitik HTŞ lideri Əhməd əş-Şaaranın (Əbu Məhəmməd əl-Qolani) ötən gün BBC-yə verdiyi müsahibədə Suriyanın gələcəyi ilə bağlı söylədiyi fikirləri şərh edib.

H. Oktay xatırladıb ki, HTŞ lideri əl-Qolani Şamda hökuməti ələ keçirdikdən sonra beynəlxalq legitimlik qazanmaq üçün, ilk növbədə, Türkiyə olmaqla, bir çox ölkə ilə əlaqələr qurmağa başladı:

“Lakin ən böyük qorxu Suriyada Əfqanıstan modelinin yaranması ehtimalıdır. Bu narahatlığı aradan qaldırmaq üçün əl-Qolani etdiyi bütün açıqlamalarda daha təmkinli, əhatəli və barışdırıcı ifadələr işlədir. HTŞ əvvəlcə etimad qazanmağı, sonra isə beynəlxalq münasibətlərdə tədricən qəbul edilməyi hədəfləyir. Onlar həmçinin Türkiyə ilə əməkdaşlıq edərək, Suriya ərazisinin bütövlüyü çərçivəsində Türkiyə modelini tətbiq etməyi planlaşdırır. Bu baxımdan, Rusiya, İran və digər dövlətlərlə balanslı xarici siyasət yürütmək niyyətindədir”.

“Lakin burada ən böyük problem İsrailin Qolan təpələrindəki işğalını genişləndirməsi və Əsəddən qalan silah anbarlarını hədəf alaraq, bu fürsətdən istifadə etmək istəyən qrupların bu silahları ələ keçirməsinin qarşısını almaq cəhdləridir. Mərkəzi hökumət gücləndikcə, bu cür problemləri həll edə biləcək; yəni, ilk növbədə, Suriya ərazisinin bütövlüyünü təmin edərək PYD terror təşkilatını məhv etməyi, sonra isə İsrailin işğalına son qoymağı hədəfləyəcək. Türkiyə modelinə uyğun bir sistemin tətbiqi mərkəzi Suriya hökuməti üçün çox vacibdir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

www.yenicag.az

102
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv