Hücumçumuz Albaniyada dubla imza atdı - VİDEO

media-hightechnic-468x90

Futbol üzrə Albaniya çempionatında 6-cı turun oyunları keçirilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, azərbaycanlı hücumçu Rauf Əliyevin formasını geyindiyi “Kukesi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Teuta” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:2.

Millimizin üzvü də bu görüşün iştirakçısı olub. Rauf komandasının inamlı qələbəsində pay sahiblərindən biri olub. O, 90+4-cü dəqiqədə matçın yekun nəticəsini müəyyənləşdirib. Üçüncü qolun da məhz Əliyevin sayəsində vurulduğunu qeyd etmək lazımdır.

Bu, onun Albaniya çempionatında dördüncü qoludu.

“Kukesi” hazırda 13 xalla 10 komanda arasında 2-ci pillədə qərarlaşıb.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05