Hüquq müdafiəçilərindən Ukrayna səfirliyinə dəstək
Hüquq müdafiəçiləri Ukrayna səfirliyinə dəstək bəyanatı təqdim etdilər
Dünən Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsinin bir qrup üzvü Ukrayna səfirliyinə dəstək bəyanatı təqdim ediblər. Bəyanatın təqdim edilməsinə səbəb son günlərdə Rusiyanın Ukraynada apardığı düşmənçilik siyasətidir. Bəyanatı səfirliyə hüquq müdafiəçiləri Elşən Həsənov, Leyla Əliyeva və Aytəkin İmranova təqdim ediblər.
Qeyd edək ki, bəyanat bir qrup QHT təşkilatları və Ukrayna Vətəndaş Cəmiyyəti nümayəndələrinin adından təqdim olunub. Məktubu təqdim edən cəmiyyətə 52 QHT təşkilatı daxildir. Bəyanatı 90-a yaxın QHT və ictimai sektorun nümayəndələri imzalayıb. Məktubu imzalayanlar arasında Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Komitəsinin sədri Arzu Abdullayeva və “ Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da var.
Ukrayna səfirliyinin nümayəndələri dəstək bəyanatına görə təqdim edənlərə təşəkkürlərini bildiriblər. Bu gün Ukrayna səfirliyinin təşkilatçılığı ilə keçiriləcək beynəlxalq konfransa məktubu təqdim edən hüquq müdafiəçilərini də dəvət ediblər.
musavat.com