Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası çərçivəsində Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvləri Emin Önən, Vecdi Gündoğdu, Cengiz Çandar və Ömer Özmən Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) ilə bir araya gəlib.
Görüş zamanı iki ölkə arasındakı iqtisadi-ticarət əlaqələrinin inkişafı, iş adamlarının əməkdaşlıq imkanları və investisiya perspektivləri müzakirə edilib.
Millət vəkilləri Azərbaycan və Türkiyə iş dünyasının sıx əməkdaşlığının strateji əhəmiyyətini vurğulayaraq TÜİB-nin bu istiqamətdə oynadığı mühüm rolu yüksək qiymətləndiriblər.
Tədbir çərçivəsində iş adamları ilə fikir mübadiləsi aparılıb, yeni təşəbbüslər və potensial əməkdaşlıq sahələri haqqında müzakirələr aparılıb. Eyni zamanda, görüş çərçivəsində TÜİB sədri Hüseyin Büyükfırat Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani ilə də görüşüb.
www.yenicag.az