Hüseyn Büyükfırat ASELSAN-ın Bakı ofisini təbrik etdi
Türkiyə-Azərbaycan İş Adamları Birliyinin (TÜİB) idarə heyətinin sədri Hüseyin Büyükfırat ASELSAN-ın Bakı ofisinin fəaliyyətə başlamasının 28-ci ildönümü münasibətilə təbrik mesajı yayımlayıb.
TÜİB sədri tərəfindən ünvanlanan təbrikdə vurğulanıb ki, ASELSAN birliyin yarandığı ilk gündən etibarən təkcə üzv təşkilat kimi deyil, həm də etibarlı strateji tərəfdaş kimi çıxış edib. Hüseyin Büyükfıratın sözlərinə görə, qurum tərəfindən həyata keçirilən sosial məsuliyyət layihələrində, ictimai fəaliyyətlərdə və ən çətin dövrlərdə ASELSAN ailəsi hər zaman ön sıralarda yer alaraq öz dəstəyini əsirgəməyib.
Mesajda bu uğurlu və prinsipial fəaliyyətin arxasında ASELSAN Bakı-nın baş direktoru Özgür Kürümün dayandığı xüsusi qeyd olunub. Bildirilib ki, onun peşəkar liderliyi, təvazökarlığı və fəaliyyətinə olan sədaqəti cəmiyyətin müxtəlif təbəqələrinin rəğbətini qazanıb.
Qeyd olunub ki, Özgür Kürümün rəhbərliyi altında ASELSAN Bakıda yalnız yüksək texnologiya şirkəti kimi deyil, həm də Türkiyənin milli qüruru və beynəlxalq arenadakı mühüm siması kimi uğurla fəaliyyət göstərir.
TÜİB sədri 28 il ərzində nümayiş etdirilən ardıcıl fəaliyyətə, Azərbaycan-Türkiyə qardaşlığına və TÜİB ailəsinə verilən töhfələrə görə şirkət rəhbərliyinə və kollektivinə təşəkkür edib, gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb.
Amir Aqiloğlu












