Hüseyn keçmişindən danışıb KÖVRƏLDİ: “Şaxtababa paltarı geyinib pul qazanırdım”
“20 il anam yataq xəstəsi olub, qardaşım ona baxıb, mən də toylara gedib pul qazanmışam ki, anama, ailəmə kömək olum”.
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu “Günaydın Azərbaycan” verilişində deyib.
Sənətçi həyatının ən ağır dönəmindən danışıb:
“Atamı itirəndə 11 yaşım var idi, ağır günlər yaşadıq, dolanışığımız ağır idi. Anamın ayaqları tutuldu, 20 il anam yataq xəstəsi oldu. Qardaşım ona baxıb, mən də toylara gedib pul qazanmışam ki, anama, ailəmə kömək olum. Dondurma satdım, şaxtababa kimi evlərə gedib pul qazandım. Geyinməyə normal ayaqqabım yox idi. Qış ayları idi, ayaqqabım deşik olduğu üçün su keçirirdi, altına karton qoyurdum. Evə gəlirdim, görürdüm ki, ayağım islanıb, təzədən karton qoyub gedirdim. Soğan-çörək deyirlər, onu qardaşımla mən də yemişəm həmin vaxtlarda”.
Nehru