Son zamanlar rayon icra başçılarının idarə və müəsissə rəhbərlərindən vəsait yığmaları ilə bağlı mətbuatda davamlı şəkildə xəbərlər yayılır. Azerinfo.org-un elektron ünvanına Beyləqan rayonunda fəaliyyət göstərən idarələrdən birinin baş mühasibindən ilginc məlumat daxil olub.
Həmin məlumatda qeyd olunur ki, Beyləqan rayonunun icra başçısı Vaqif Abdullayev 28 dekabr 2015-ci ildə məzuniyyətə çıxıb. Ancaq icra başçısı məzuniyyətə çıxmamışdan bir həftə əvvəl bütün idarə rəhbərlərinə 1500 manat gətirmələri göstərişini verdiyi bildirilir.
İddiaya görə, Vaqif Abdullayev məzuniyyət vaxtı xərcləyəcəyi vəsaiti idarə və müəsissə müdirlərindən istəyib. Hətta buna hazırki böhran vəziyyətini əsas gətirərək, etiraz edənlərin sərt şəkildə cəzalandırılmaqla hədələndiyi də vurğulanmaqdadır.
V.Abdullayevin ümumilikdə 8 idarə müdirindən 15 (on beş) min manat pul topladığı söylənilir.
Qeyd edək ki, Beyləqan icra başçısı Vaqif Abdullayevin idarə müdirlərindən bu şəkilə “hesab” istəməsi ilə bağlı ilk xəbər deyil. Belə ki, hər ay büdcə təşkilatlarının icra başçısına “aylıq” hesab verdiyinə dair söz-söhbətlər rayonda uzun müddətdən bəri yayılıb. /Azerinfo.org
www.yenicag.az