İcra başçısı vəzifədən azad edildi?

media-hightechnic-468x90

uiyuhjhjAğdam rayon icra başçısı Nizami Sadıqovun işdən çıxarılması ilə bağlı məlumat almışıq.

Məlumçatı Ağdam rayonundan olan oxucularımız verib. Bildirilir ki. bu haqda Prezident sərəncamı günün sonunda elan olunacaq.

Ağdam rayon icra başçısı vəzifəsinə yeni təyinatın aparıldığı da bildirilir.

Qeyd edək ki, mətbuatda Nizami Sadıqovun qumarda 50 min manat pul uduzması ilə bağlı məlumatlar yayılmışdı.

1950-ci il aprel ayının 12-də Ağdam rayonunda anadan olan Nizami Sadıqov, 1973-cü ildən 1978-ci ilə kimi Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil alıb.

1990-cı ildən 1992-ci ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin ölüm şöbəsində xüsusilə mühüm işlər üzrə baş inspektor vəzifəsində işləmişdir.1992-2008-ci illərdə Ağdaş,Dəvəçi,İmişli,Masallı,Quba rayonlarında Polis rəisi vəzifələrində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il tarixli Sərəncamı ilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600