Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

İcra orqanlarının saytlarının monitorinqi - Hansı saytlar kafidir?

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) KİV və vətəndaş müraciətlərinə baxılması ilə bağlı tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, “Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi” İctimai Birliyinin, “Azadinform” İnformasiya Agentliyinin təşkilatçılığı ilə “Açıq hökumətin təşviqi – KİV və vətəndaş müraciətlərinə baxılması istiqamətində maarifləndirmənin təşkili” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev qeyd edib ki, mərkəzi icra hakimiyyəti orqanlarının necə fəaliyyət göstərdiyini müəyyənləşdirmək üçün monitorinq aparılıb:

“İcra hakimiyyəti orqanlarının saytlarının monitorinqini apararaq onların necə fəaliyyət göstərdiyini, vətəndaş qəbulları və sosial şəbəkələrdə fəaliyyətlərini necə qurduqlarını izlədik. Mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinə KİV və vətədaşların sorğularını necə araşdırdıqları barədə sorğular təqdim etdik.

Monitorinq zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Vergilər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, “Azərişıq” ASC, “Azərsu” ASC-nin saytlarının çox zəngin olduğu göründü. İstənilən vətəndaş həmin saytlara girib, məlumatlana bilər. Bakı şəhərinin Binəqədi rayonun saytı əla kateqoriyaya aiddir. Rayonlardan Füzuli, Lənkəran, Lerik icra hakimiyyətlərinin saytları əla qiymətləndirilir. Kafi kimi qiymətləndirilənlər arasında Gəncə, Astara, Oğuz, Quba, Qusar, Şamaxı, Göyçay rayonlarının saytlarını göstərmək olar. Bu saytlar demək olar ki, ayda 1 dəfə yenilənir”.

Daha sonra Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli, Azərbaycan Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu və digərləri KİV və vətəndaş müraciətlərinə baxılması ilə bağlı fikirlərini səsləndiriblər.

Tədbirdə bir neçə nazirliyin və komitənin mətbuat xidmətlərinin rəhbərləri də iştirak ediblər.

www.yenicag.az

312
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS