“İhsanoğlu Ərdoğana qalib gələ bilməz”

media-hightechnic-468x90

1403105514_0001Türkiyədə yaşayan azərbaycanlı politoloq Ələskər Ələskərli prezident seçkisində müxalifətin vahid namizədi Ekmələddin İhsanoğlunun şanslarını qiymətləndirib.

Ekmələddin İhsanoğlu hakim partiyanın rəhbəri Rəcəb Teyyub Ərdoğana qalib gələ bilməz: “Əvvəla, Ekmələddin İhsanoğlu mühafizəkar düşüncəli insandır, Türkiyədə isə elektoratın böyük bir qismi sağ təmayüllüdür.

İkincisi, Ekmələddin İhsanoğlu siyasi fiqur, yaxud hər hansı partiyanın üzvü olmadığı üçün AKP namizədinin seçki dövründə ona qarşı sərt ittihamlar irəli sürmək imkanı yoxdur. Ancaq müxalifətin bu arqumentləri seçkidə qalib gəlmək üçün deyil. Düşünürəm ki, seçki kampaniyası dövründə AKP tənqid obyekti kimi Ekmələddin İhsanoğlunu deyil, müxalifət partiyalarını hədəfə alacaq.

Digər tərəfdən, İhsanoğlu mühafizəkar, islamçı bir insan olsa da, hakim partiyanın səs potensialına ciddi təsir edə bilməz. Türkiyədə mühafizəkar seçicinin qənaətini formalaşdıran səbəblər başqadır”.

Politoloq qeyd edib ki, əgər prezidentliyə hakim partiyadan Ərdoğan deyil, başqa bir namizəd irəli sürülsəydi, səslərdə müəyyən azalma müşahidə olunardı: “Çünki AKP seçicisinin bir qismi səsini partiyaya deyil, məhz Rəcəb Teyyub Ərdoğana verir. Bundan başqa MHP və CXP seçiciləri arasında da Ekmələddin İhsanoğlunun namizədliyindən məyus olanlar var. Ona görə də bu arqumentlər seçkilərin ümumi nəticəsinə ciddi təsir göstərməyəcək”.

Tanınmış alim və ictimai xadim, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlu Türkiyə müxalifətinin (Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat partiyalarının) prezidentliyə vahid namizədi elan olunub. Ekmələddin İhsanoğlu avqustun 10-da Türkiyə Respublikası tarixində ilk ümumxalq prezident seçkisində hakim Ədalət və İnkişaf Partiyası, onun potensial namizədi olan baş nazir Rəcəb Teyyub Ərdoğanın rəqibidir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600