II Qareginin taxtı SİLKƏLƏNİR – Paşinyan Kremlin “verbovat” etdiyi kilsəyə açıq savaş ELAN ETDİ

media-hightechnic-468x90

“Ermənistanda son dövrlərdə müşahidə edilən siyasi və dini gərginliklər ölkə daxilindəki radikal və revanşist qüvvələrlə yanaşı, xaricdən yönləndirilən təsirlərin də təsiri altında formalaşır. Xüsusilə dini institutlar başda II Qaregin olmaqla, kilsə rəhbərliyinin aktivləşməsi və bu proseslərə müdaxiləsi Nikol Paşinyan hakimiyyətinə qarşı yönəlmiş açıq təzyiq cəhdləri kimi qiymətləndirilir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli deyib.

media-sahil_kli

Siyasi təhlilçi son günlər Nikol Paşinyan hökuməti ilə erməni kilsəsi arasında cərəyan edən hadisələri və Paşinyanın II Qaregini taxtından endirmək planlarının pərdəarxası məqamlarını şərh edib.

S. Kərimliyə görə, Paşinyanın Qərb və Avropameylli siyasi xətti Rusiyanın regiondakı maraqları ilə üst-üstə düşmür:

“Kreml Cənubi Qafqazda Ermənistanı əldən verməmək və Paşinyanı öz orbitində saxlamaq üçün müxtəlif vasitələrə, o cümlədən dini strukturlara təzyiq rıçaqları kimi baxır. Hazırkı mərhələdə Ermənistandakı kilsə ilə Paşinyan arasında yaranmış gərginlik də məhz bu kontekstdə dəyərləndirilə bilər. Yəni bu, sadəcə daxili siyasi ziddiyyət deyil, həm də xarici güclərin manipulyasiya etdiyi siyasi-ideoloji qarşıdurmadır”.

Onun sözlərinə görə, bununla belə, Ermənistandakı mövcud ictimai-siyasi reallıqlar onu göstərir ki, kilsənin və din xadimlərinin, xüsusilə də II Qareginin cəmiyyət daxilindəki nüfuzu zəifdir:

“Bu isə Paşinyana siyasi manevr imkanları verir. Baş nazir II Qareginin istefasına nail olmaqla, kilsədə də öz təsir dairəsini genişləndirmək niyyətindədir. Onun məqsədi bu postda özünə sadiq şəxsi yerləşdirmək və kilsəni siyasi təsir vasitəsi olmaqdan çıxarıb, dövlət siyasətinə uyğun bir struktura çevirməkdir. Ermənistanda dinin siyasətə alət edilməsinin əsas hədəfi Paşinyanın Qərb yönümlü siyasi xəttini dəyişməkdir. Lakin görünən odur ki, nə radikal-revanşistlər, nə də kilsə bu məqsədə çatmaq üçün kifayət qədər ictimai və siyasi dayağa sahib deyil. Paşinyan isə bu zəiflikdən istifadə edərək, siyasi gündəmini həyata keçirməkdə israrlıdır”.

Rafi Müslümov

 

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600