İki ay çəkən məhkəmədə Baycan QALİB GƏLDİ - FOTO

media-hightechnic-468x90

Baycan adlı körpə məhkəmənin qərarı ilə doğum haqqında şəhadətnamə alıb.

Yenicag.az İran mnediasına istinadla xəbər verir ki, bu barədə şair, Güney Azərbaycanın milli fəalı və Baycanın atası Ramin Cəbrayıl özü məlumat verib.

Şərqi Azərbaycan Qeydiyyat və Status İdarəsi körpəyə türk adının qoyulası ilə əlaqədar doğum haqqında şəhadətnamə verməkdən imtina edirdi.

Məhkəmə prosesi 2 aya yaxın davam edib.

İki aylıq hüquqi mübahisədən sonra onlar Təbriz Baş Məhkəməsinin qərarı ilə Şərqi Azərbaycan Qeydiyyat İdarəsini azərbaycanlı körpə üçün doğum haqqında şəhadətnamə verməyə məcbur edə biliblər.

Qeyd edək ki, bu yaxınlarda İranda uşaqlara türk adlarının verilməsi qadağan edilib.

Xuraman Etibarlı

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600