“İki başlı” şou tezliklə ARB TV-də - VİDEO
ARB televiziyasında yeni və fərqli formatda axşam şousu – “İki başlı” verilişi tezliklə tamaşaçıların ixtiyarına veriləcək. Layihə İlkin Həsənli və Elşən Orucovun təqdimatında efirə gedəcək.
Yenicag.az xəbər verir ki, verilişin əsas ideyası iki aparıcının bir-birinə zidd mövqeləri üzərində qurulub. Onlar hər mövzu üzrə öz fikirlərini müdafiə edir və qonağa, eləcə də tamaşaçılara qəbul etdirməyə çalışırlar.
Hər buraxılışın sonunda tamaşaçı və qonağın reaksiyasına əsasən, hansı aparıcının arqumentləri daha inandırıcı olarsa, o günün və həftənin qalibi elan edilir. Digər aparıcı isə cəza olaraq müxtəlif maraqlı tapşırıqları yerinə yetirir.
Verilişin əvvəlində təqdim olunan yumoristik skeçlər isə şouya əyləncə və dinamika qatır.
“İki başlı” verilişi yaxın günlərdə ARB TV-nin efirində yayımlanacaq.