İki ekranlı smartfon yaradıldı

media-hightechnic-468x90

Çinin “Meizu” şirkəti “7 Pro” və “7 Pro Plus” smartfon modellərini təqdim edib.

Yenicag.Az-ın İKT.lent.az-a istinadən xəbərinə görə, qiyməti 430 dollardan başlayan qacetlər avqustun 5-dən satışa çıxarılacaq.

Yeni smartfonların iki kamerası və displeyi var. Rəngli əlavə ekran arxa qapaqda – iki kameranın aşağısında yerləşdirilib. 1,91 düym diaqonalı olan əlavə ekran ayın tarixini və saatı, bildirişləri, hava proqnozunu, həmçinin əsas kamera ilə selfi edən istifadəçinin üzünü göstərəcək.

“7 Pro”nun 5,2 düymlük displeyi, 4 Gb əməliyyat yaddaşı və 64 Gb daxili yaddaşı olacaq. “7 Pro Plus”da bu göstəricilər müvafiq olaraq 5,7 düym, 6 Gb və 128 Gb-dır.

Yenicag.Az

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600