Azərbaycanın iki pauerliftinqçisi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında medal qazanıb.
Yenicag.az xəbər verir ki, Talıb Zeynalov (+107 kiloqram) gənclərin yarışında 2 gümüş medala sahib çıxıb. O, ən yaxşı nəticəyə (160 kiloqram) və ümumi çəkiyə görə (307 kiloqram) fəxri kürsüyə qalxıb.
Leyla Kərimova (+86 kiloqram) isə mundialda ən yaxşı nəticəyə (78 kiloqram) və ümumi çəkiyə görə (148 kiloqram) qızıl medallarla təltif olunub.
Hər iki idmançımız öz kateqoriyalarında gənclər arasında Avropa rekordunu yeniləyib.
www.yenicag.az