!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İki ölkə arasında siyasi gərginlik – Böhran kritik həddə çatdı

!Reklam – Yazi

İspaniya kralı VI Felipenin mərasimə dəvət edilməməsindən sonra İspaniya bu yaxınlarda keçirilən prezident seçkilərində qalib gələn Meksika lideri Pardonun andiçmə mərasiminə heç bir nümayəndəsini göndərməyəcəyini açıqlayıb.

Yenicag.az xəbər verir ki, bununla bağlı İspaniya Xarici İşlər Nazirliyi yazılı açıqlama yayıb. “İspan hökuməti oktyabrda Mexikoda keçiriləcək Meksikanın seçilmiş prezidenti Klaudiya Şeynbaum Pardonun andiçmə mərasimində Kral VI Felipenin qonaqlar arasında yer almamasını qəbuledilməz hesab edir. Buna görə də İspaniya hökuməti öz nümayəndələrindən heç birini bu mərasimə göndərməmək qərarına gəlib”, – deyə açıqlamada qeyd olunub.

Parlament monarxiyası ilə idarə olunan İspaniyanın dövlət başçısı Kral VI Felipe xüsusilə Latın Amerikası ölkələrində rəsmi mərasimlərdə İspaniyanı həmişə təmsil etməsi ilə tanınırdı.

İki ölkə arasında siyasi böhrana səbəb olan hadisənin arxasında Klaudiya Şeynbaum Pardo iyul ayında “Bu qədər qırğın və şiddəti geridə qoyan İspan fəthinə görə İspaniyadan əfv tələb etmək lazımdır” deyib. Onun ifadəsi və bu tələblə bağlı israrlı olduğu bildirilir.

2018-ci ildən Meksika prezidenti vəzifəsini icra edən Andres Manuel Lopez Obrador da keçmişdə İspaniyadan eyni tələbi bildirmişdi.

Digər tərəfdən, İspaniyanın rəsmi xəbər agentliyi EFE Xarici İşlər Nazirliyindəki mənbələrə əsaslanan məlumatında Meksikaya reaksiyanın İspaniya hökuməti tərəfindən “məntiqli, aydın və güclü” olaraq xarakterizə edildiyini yazıb.

Klaudiya Şeynbaum Pardo iyun ayında Meksikanın ilk qadın prezidenti seçilib.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

141
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv