İkinci missiya da Aya eniş zamanı qəzaya uğradı

media-hightechnic-468x90

Yaponiyanın Hakuto-R M2 kosmik modulu həddindən artıq sürət səbəbiylə Aya eniş cəhdi zamanı qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qurğu Bakı vaxtı ilə dünən saat 23:17-də Ayın şimal hissəsinə enməli, beş kiloqramlıq Tenacious mini fotometrini və elmi tədqiqatların aparılması üçün zəruri olan avadanlığı Yerin təbii peykinin səthinə çatdırmalı idi.

Bu, Yapon şirkəti üçün ikinci uğursuz Ay missiyasıdır. 2023-cü ilin aprelində Hakuto-R M1 cihazı da Ay səthinə enərkən qəzaya uğramışdı. /unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa