!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İlahə Fədadan efirdə OYUN ÇIXARANLARA: “Orasını-burasını burcudanlar…”

!Reklam – Yazi

“Kişi də toyda oynamaq üstündə dava edər? Ayıbdır e”.

Bunu müğənni İlahə Fəda bəzi şou-biznes nümayəndələri ilə bağlı fikirlərini bölüşərkən Yenicag.az-a açıqlamasında deyib.

Sənətçi gündəm naminə “oyun çıxaran” həmkarları barədə qalmaqallı fikirlər səsləndirib:

“Qadınlı-kişili bilmirlər, nə oyun çıxarsınlar. İctimai qınaq olmalıdır, tək mənim deməyimlə heç nə dəyişəsi deyil. Çıxıb efirdə biabırçılıq edirlər, camaat da qəbul edir. Hələ toylarına da çağırırlar, ciblərinə qəşəng pul da qoyurlar.

Bu, əqidə məsələsidir. İnsanın, gərək, əqidəsi olsun və əqidəsinə xəyanət etməsin. Mən sənətimlə gündəmə gəlmişəm, həmişə də belə olacaq. İllərdir billə-bilə efirlərdən ayrı qaldım, amma məni unutmadılar”.

Müğənni toylarda yaşanan vəziyyəti də tənqid atəşinə tutub:

“Yadımdadır, kənddə toy olanda mağar qururduq. Musiqiçilərin mağarı ayrı olardı, yemək yeyənlərinki ayrı. Xanımlar abırla-həya ilə rəqs edərdilər. Amma indi toylarda qadın-kişi qarışıb bir-birinə. Nə qədər atlanıb-düşmək olar?! Baxırsan, kişi xeylağıdır düşüb ortalığa 6 saat oynayır. Oynamaq üstə dava salır. Kişi də toyda oynamaq üstündə dava salar? Ayıbdır e. Görürəm, orasını-burasını burcudanlar camaata da xoş gəlir. Mənim öz əqidəm var, 5 manat az qazanıram, amma toy yiyəsinin cibinə girmirəm. Qazandığım pul halal, vicdanım da təmiz olur”.

Cəvahir

COP29

www.yenicag.az

563
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv