İlham Əliyev açılışda

media-hightechnic-468x90

Ilham Aliyev sefer 090512Azərbaycan prezidenti İlham Əliyev Respublika Əlillərin Bərpa Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.

Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov prezident İlham Əliyevə mərkəzdə yaradılmış şərait barədə məlumat verib.

Bildirilib ki, il ərzində ambulator, gündüz stasionarı və stasionar şəraitdə əlillərin reabilitasiyası və müalicəsi ilə məşğul olan mərkəz müasir tibbi avadanlıqla təchiz edilib. Binanın həyətində geniş yaşıllaşdırma işləri görülüb, xəstələrin təmiz havada gəzintisi və istirahəti üçün bütün şərait yaradılıb.

Mərkəzlə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.

media-ziraat-728x90

İlham Əliyev açılışda

media-hightechnic-468x90

3095caa3177dbe0b76b09930083751bcAzərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü münasibətilə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Hərbi Dəniz Qüvvələri bazasının açılışında iştirak edib.

Dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsinin qarşısına gül dəstəsi qoyub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandana raport verib. Prezident İlham Əliyev Dəniz Qüvvələri bazasının baş planına baxıb.

Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsib və şəxsi heyətlə görüşüb.

Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi Şahin Məmmədov dövlətimizin başçısına raport verib. Prezident İlham Əliyev əsgərləri salamlayıb.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Prezident İlham Əliyev mərasimdə nitq söyləyib. Sonra dövlət başçısı Hərbi Dəniz Qüvvələrinin bazasında yaradılmış şəraitlə tanış olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600