İlham Əliyev Fələstinli həmkarını təbrik edib

media-hightechnic-468x90

68842Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: “Ölkənizin milli bayramı – Fələstin Dövlətinin elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Fələstin dostluğu xalqlarımızın iradəsini əks etdirərək bundan sonra da əməkdaşlığımızın dərinləşməsinə öz töhfəsini verəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və tərəqqi diləyirəm”. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600