İlham Əliyev israilli həmkarını təbrik edib

media-hightechnic-468x90

ilham eliyev esas 575Azərbaycan prezidenti İlham Əliyev israilli həmkarı Reuven Rivlini ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:

”Hörmətli cənab prezident, İsrail Dövlətinin milli bayramı – Müstəqillik günü münasibətilə sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan-İsrail əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək. Bu əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq diləyirəm”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa