İlham Əliyev Olandla görüşdü-Foto
Fransa paytaxtında səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Yelisey sarayında bu ölkənin prezidenti Fransua Ollandla görüşü başa çatıb.
Bakı vaxtı ilə saat 14.00-da baş tutan görüşdə dövlət başçıları ölkələr arasında ikitərəfli münasibətlərin inkişafı və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparıblar.
Hazırda F.Oland Ermənistan prezidenti Serj Sarkisyanla ikitərəfli görüş keçirir.
Bakı vaxtı ilə saat 21.00-da prezident F.Ollandın Azərbaycan və Ermənistan prezidentləri ilə üçtərəfli formatda münaqişənin nizamlanması ilə bağlı danışıqları başlayacaq. Saat 23.00-da isə Fransa dövlət başçısının adından rəsmi şam yeməyi veriləcək.