İlham Əliyev Putinə başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev təyyarə qəzasında çoxsaylı insanın həlak olması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib.
Yenicag.az xəbər verir ki, Azərbaycan Prezidenti “AN-24” sərnişin təyyarəsinin Amur vilayətində qəzası və çoxsaylı insan tələfatı ilə bağlı Azərbaycan xalqı və şəxsən öz adından dərin hüznlə başsağlığı verib.
Bu gün Rusiyanın Amur bölgəsində içərisində 49 nəfərin olduğu “An-24” təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 49 nəfərin hamısı həlak olub.